Reklam verin!
HostGator
serqde ilk demokratik respublika-azerbayacan xalq cumhuriyyeti
Fətəli Xan İsgender Xan oğlu Xoyski (1875 -1919)


Fətəli Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdir.
Davamı...

Açar sözlər:

Yazar: tural259 | Tarix: May 27, 2008 7:35 | Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 51

Azərbaycan Xalq Cümhuriyyətinin Banisi, İdeoloqu,Milli Şurasının sədri
Məhəmməd Əmin Rəsulzadə


Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaratmışdır ("Azərbaycan türk kultur dərgisi", Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Davamı...

Açar sözlər:

Yazar: tural259 | Tarix: May 27, 2008 7:31 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 46

 27 fevral 1917-ci il
- Rusiyada fevral burjua-demokratik inqilabının baş verməsi Azerbaycan Xalq Cumhuriyyeti haqqinda en muhum hadiselerin xronologiyasi
27 fevral 1917-ci il
- Rusiyada fevral burjua-demokratik inqilabının baş verməsi
mart 1917-ci il
- Rusiyada Müvəqqəti hökumətin təşkili
mart 1917-ci il
- Zaqafqaziyanın idarəsi üzrə Xüsusi Komitənin (Ozakom) yaradılması
mart 1917-ci il
- Bakıda Müvəqqəti hökumətin idarəçilik orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsinin yaranması
mart 1917-ci il
- Bakıda Fəhlə və Əsgər Deputatları Sovetinin yaradılması
15-20 aprel 1917-ci il
- Qafqaz Müsəlmanlannın Bakı qurultayı
1-11 may 1917-ci il
- Ümumrusiya müsəlmanlarının Moskva qurultayı

Davamı...

Açar sözlər:

Yazar: tural259 | Tarix: May 27, 2008 7:25 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 51

  Yazılar cəmi: 3